Bərdədə günəbaxan emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə günəbaxan emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
11.10.2023 17:54
Aa
dəq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi (AQTA) Bərdə rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən günəbaxan tumlarının emalı müəssisəsində yoxlama keçirib.

Agentlikdən "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən xəbərə görə, fiziki şəxs Məmmədov Zaur Abuzər oğluna məxsus sexə baxış zamanı qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən edilib.

Belə ki, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsul çeşidlənməsinin avadanlıqlarla yanaşı əllə də həyata keçirildiyi, təmizliyə nəzarət edilmədiyi, anbarda məhsulların divara bitişik halda saxlanıldığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istehsal edilən məhsulun etiket göstəricilərinin (qida və enerji dəyəri) normativ sənədə uyğun gəlmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Həftənin ən çox oxunanları

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu