Əsas məzmuna keç

Bərdədə arvadını öldürməyə cəhd edən şəxs həbs edilib

Bərdədə arvadını öldürməyə cəhd edən şəxs həbs edilib

İyunun 2-si saat 09 radələrində Bərdə rayonu ərazisində 1990-cı il təvəllüdlü Rəvanə Həşimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat...

İyunun 2-si saat 09 radələrində rayonu ərazisində 1990-cı il təvəllüdlü Rəvanə Həşimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Zöhrab Həşimovun aralarında yaranmış mübahisə zamanı Rəvanə Həşimovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanıb, Zöhrab Həşimov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…