Bərdə-Ağdam dəmir yolu xətti ilə illik 10 milyon tona qədər yük daşımaq mümkün olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı məlumat verib.
"Əgər tələbat olarsa, bu rəqəm artırıla bilər", - deyə o qeyd edib.
"Dəmir yolu xətti ilə bağlı işlərin bu ilin sonuna qədər tam başa çatdırılması planlaşdırılır. Yalnız Ağdam stansiyasının inşası bir qədər ləngiyə bilər. Çünki, burada stansiya ilə yanaşı avtovağzal da olacaq, yəni kompleks obyekt olacaq deyə onun inşası gələn ilin yanvar-fevralına qədər uzana bilər", - deyə T.Abbaslı əlavə edib.
ADY rəsmisi kompleksin eyni vaxtda xidmət göstərə biləcəyi sərnişilərin sayını da açıqlayıb: “Komplesin ümumilikdə 2 000-2 500 sərnişinə xidmət emtək imkanı olacaq. Bunun 800-1 000 nəfəri dəmir yolu stansiyasının, 1 200-1 500 nəfəri isə avtovağzalın payına düşəcək”.