"Belçika Fransa Prezidenti Emmanuel Makronun təklif etdiyi nüvə silahından çəkindirmə layihəsində iştirak edə bilər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Belçikanın xarici işlər naziri Maksim Prevost deyib.
"Makron tərəfindən təklif edilən və nəticədə Belçika da daxil olmaqla digər Avropa ölkələrinə tətbiq etmək niyyətində olan Fransanın nüvə qalxanı konsepsiyası mənə yaxşı fikir kimi görünür", - o qeyd edib.
Xarici İşlər Nazirinin sözlərinə görə, məqsəd münaqişəni alovlandırmaq deyil, onu cilovlamaqdır.
Qeyd edək ki, martın 2-də Makron səkkiz Avropa ölkəsini Fransanın nüvə qalxanını digər Avropa ölkələrinə genişləndirməyi hədəfləyən layihədə iştirak etməyə dəvət edib. Bu ölkələrə Almaniya, Birləşmiş Krallıq, Polşa, Hollandiya, Belçika, Yunanıstan, İsveç və Danimarka daxildir.