Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Belçika Makronun təklif etdiyi layihədə iştirak edəcək?

1 dəq
Paylaş:
Belçika Makronun təklif etdiyi layihədə iştirak edəcək?

"Belçika Fransa Prezidenti Emmanuel Makronun təklif nüvə silahından çəkindirmə layihəsində iştirak edə bilər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Belçikanın naziri Maksim deyib.

"Makron tərəfindən təklif edilən və nəticədə Belçika da daxil olmaqla digər ölkələrinə tətbiq etmək niyyətində olan Fransanın nüvə konsepsiyası mənə yaxşı fikir kimi görünür", - o qeyd edib.

Xarici İşlər Nazirinin sözlərinə görə, məqsəd münaqişəni alovlandırmaq deyil, onu cilovlamaqdır.

Qeyd edək ki, martın 2-də Makron səkkiz Avropa ölkəsini Fransanın nüvə qalxanını digər Avropa ölkələrinə genişləndirməyi hədəfləyən layihədə iştirak etməyə dəvət edib. Bu ölkələrə Almaniya, Birləşmiş Krallıq, Polşa, Hollandiya, Belçika, Yunanıstan, İsveç və Danimarka daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax