Əsas məzmuna keç

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

bununla bağlı Vergi Məcəlləsində, eləcə də "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının...

Azərbaycanda bələdiyyələrin vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Məcəlləsində, eləcə də "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər ve ödənişlər haqqında" və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik olunması təklif edilir.

Müvafiq qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilir.

Sənədə əsasən, bələdiyyələrin vahid informasiya dövlət informasiya sistemidir. Bu sistemdən sorğu əsasında əlde edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyələşdirir.

Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş məbləğdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.

Qanun layihəsində vurğulanıb ki, 2027-ci il yanvarın 1-nə qədər bələdiyyələr vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişini elektron və kağız formada təqdim edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…