Əsas məzmuna keç

Bələdiyyələrin sayı yenidən azaldıla bilər

Bələdiyyələrin sayı yenidən azaldıla bilər

Deputat Vüqar Bayramov Milli Məclisdə yerli özünüidarəetmə orqanlarının ixtisarını təklif edib. Region ölkələri ilə müqayisə və islahatın detalları ilə tanış olun.

en ru

Bələdiyyələrin sayının daha da azaldılması həm xərcləri aşağı salacaq, həm də idarəetmədə çevikliyi artıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı parlamentin bugünkü plenar iclasında çıxış edib.

Deputatın sözlərinə görə, ölkələri ilə müqayisədə rəqəmlər aşağıdakı kimidir:

  • Bolqarıstan: 265 bələdiyyə
  • Belarus: 200 bələdiyyə
  • Rumıniya: 103 bələdiyyə
  • Gürcüstan: 69 bələdiyyə

"Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı hələ də Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə, eləcə də şəffaflığına təsir göstərir", – deyə millət vəkili vurğulayıb.

V.Bayramov əlavə edib ki, ölkədə hər min nəfərə düşən bələdiyyə sayı yüksəkdir və bu baxımdan sayın azaldılması effektiv addım olar.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl ölkədə 1 400 bələdiyyə birləşdirilərək ümumi sayı 685-ə endirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…