Belçika Qəzzaya hava yardımı edəcəyini və ləvazimat daşıyan ilk hərbi təyyarənin martın 4-də yola düşəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Belçika Müdafiə naziri Ludivine Dedonder və İnkişaf Əməkdaşlıq Naziri Caroline Gennez "X" hesablarında hava yardımı göndərmək qərarına gəldiklərini açıqlayıblar.
Dedonder qeyd edib ki, Belçika Fövqəladə Hallara Müdaxilə Qrupu (B-FAST) martın 4-də A400M tipli hərbi nəqliyyat təyyarəsi ilə təchizatları yola salacaq və ən qısa zamanda hava yardımı ediləcək.
Gennez həmçinin, "Bəşəriyyətin Qəzzada çəkdiyi əzabların tayı-bərabəri yoxdur. On minlərlə ölü, 1 milyondan çox köçkün və aclıq. Humanitar yardımlar əngəllənir və ya atəşə tutulur. Biz dayanıb seyr etməyəcəyik", - deyə qeyd edib.
Belçika Qəzzaya hava yardımı çatdıracağını açıqlayıb
Oxşar xəbərlər
Digər
ABŞ səfirliyinin Kiyevdən təxliyəsi barədə iddialar Ukrayna tərəfindən inkar edilib
Digər
İran səfiri Cənubi Koreyada insidentlə bağlı çağırılacaq
Digər
Quterreş: Dünyada təxminən 800 milyon insan ifrat yoxsulluq şəraitində yaşayır
Digər