Operativ Məlumat Mərkəzi

Belarus Ukrayna kəşfiyyat təyyarələrinin sərhədi pozduğunu açıqlayıb

1 dəq
Paylaş:
Belarus Ukrayna kəşfiyyat təyyarələrinin sərhədi pozduğunu açıqlayıb

Belarusun hava hücumundan müdafiə qüvvələri sərhəd bölgələrində kəşfiyyat aparan Ukrayna pilotsuz uçuş aparatlarının aktivliyini artırdığını qeyd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Belarusun zenit-raket qüvvələrinin rəisi, polkovnik Andrey Severinçik respublika Müdafiə Nazirliyinin Teleqram kanalında dərc olunan şərhində bildirib.

Onun sözlərinə görə, hava məkanında gərgin vəziyyət yaranır. Belarus ordusu bildirir ki, Ukraynadan gələn pilotsuz texnika daim dövlət sərhədlərini pozur.

Bunun qarşısını almaq üçün Belarus elektron müharibə qüvvələri ilə əməkdaşlıq edərək radar kəşfiyyatını gücləndirib.

Bundan əlavə, vizual müşahidə məntəqələrinin sayı artırılıb və sərhədyanı ərazilərdə əlavə hava hücumundan müdafiə qüvvələri yerləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər