Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BDYPİ: Mövcud hava şəraiti sürücülərdən daha məsuliyyətli davranış tələb edir

2 dəq
Paylaş:
BDYPİ: Mövcud hava şəraiti sürücülərdən daha məsuliyyətli davranış tələb edir

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava, eləcə də bəzi istiqamətlərdə yaranan dumanlı üçün əlavə çətinliklər yaradır.

Baş Dövlət İdarəsindən (BDYPİ) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görmə məsafəsinin məhdudlaşması və yol örtüyünün sürüşkən olması qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Məlumatda qeyd olunub ki, BDYPİ bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə alaraq daha diqqətli və məsuliyyətli davranmağa çağırır:

"Sürücülərə tövsiyə olunur ki, vasitələrini idarə edərkən sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırmaqla qəfil vəziyyətlərə hazır olsunlar, manevr və ötmə zamanı xüsusi ehtiyatlı davransınlar. Eyni zamanda, texniki baxımdan şüşəsilənlərin, işıq cihazlarının və təkərlərin saz vəziyyətdə olması diqqətdə saxlanılmalıdır. Piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun təhlükəsiz olduğuna əmin olmalı, xüsusilə məhdud görünmə şəraitində özlərinin daha aydın görünməsinə diqqət yetirməlidirlər".

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, mürəkkəb hava şəraitində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından birbaşa asılıdır", - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax