Əsas məzmuna keç

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq

Yol Polisi istirahət günləri uzaq yola çıxanlara mühüm müraciət ünvanladı. Qəzadan qorunmaq üçün texniki sazlıq və sürət həddi ilə bağlı bu qaydalara əməl edin.

en ru

Baş Dövlət İdarəsi (BDYPİ) şənbə və bazar günləri şəhərlərarası yollarda axınını nəzərə alaraq, sürücülərə səfər öncəsi təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BDYPİ rəsmi məlumat yayıb.

Qeyd olunub ki, yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir. Xüsusilə əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır.

İdarədən bildirilib ki, hərəkət zamanı həddini yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə ara məsafəsini qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir.

Uzun məsafələrdə isə yorğunluq hiss etdikdə qısa fasilə vermək zəruridir. Səfər boyunca diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadədən uzaq durmaq və təhlükəsizlik kəmərindən istifadə etmək hər bir sürücünün əsas vəzifəsidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…