Operativ Məlumat Mərkəzi

Bazar gününün hava proqnozu açıqlanıb

2 dəq
Paylaş:
Bazar gününün hava proqnozu  açıqlanıb
Aprelin 16-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-a verilən xəbərə görə, Bakıda və...

Aprelin 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər