Əsas məzmuna keç

Bayramov pakistanlı həmkarı ilə danışdı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Azərbaycanın naziri Ceyhun Bayramovun İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə baş tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

Danışıq zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə ediblər.

Həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə də danışıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…