Əsas məzmuna keç

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil

Bakıda keçirilən BMT-nin İqlim Həftəsində çıxış edən XİN başçısı ekoloji fəsadların qlobal maliyyə bazarlarına və ölkə iqtisadiyyatına təsirindən danışıb.

ru en

Bu gün biz sürətli dəyişikliklərinə məruz qalan bir planetin fonunda bir araya gəlmişik. İqlim dəyişikliyi reallığı artıq uzaq bir təhlükə deyil. Proqnozlar artıq bütün dünyada gözlə görünür. Son bir neçə ildə ciddi dəyişikliklərin şahidi olmuşuq. Bunu bu gün sahillərimiz və sahilyanı ərazilərimiz boyunca da görə bilərsiniz. İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlara və qlobal maliyyə bazarlarına təzyiq göstərərək mövcud çətinlikləri daha da artırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində Azərbaycanın naziri çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu proseslər iqtisadi şaxələndirməni və enerjidə davamlılığı milli , iqtisadi sabitlik və uzunmüddətli möhkəmlik üçün daha da vacib edir.

Ceyhun Bayramov qlobal iqlim gündəliyinin irəlilədilməsində həlledici rolun davam etdirilməsinin vacibliyini vurğulayıb. O, qarşıdakı aylarda liderliyi regionda atılacaq qətiyyətli addımlarla tamamlayacağımızı diqqətə çatdırıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…