Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bayramov: Azərbaycan “Vahid Çin” prinsipinə tam sadiqdir və Tayvanın müstəqilliyini tanımır

2 dəq
Paylaş:
Bayramov: Azərbaycan “Vahid Çin” prinsipinə tam sadiqdir və Tayvanın müstəqilliyini tanımır

“Vahid Çin” prinsipini birmənalı şəkildə dəstəkləyir və Tayvanın müstəqilliyini tanımır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə naziri Çinin Global Times nəşrinə verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın Tayvan məsələsinə dair mövqeyi açıq, ardıcıl və hüququn fundamental prinsiplərinə əsaslanır. O qeyd edib ki, Azərbaycan 2024-cü ilin yanvarında Tayvanda keçirilən qondarma seçkiləri pisləyən ilk ölkələr sırasında yer alıb.

“Azərbaycan Tayvanın müstəqilliyini tanımır və ‘Vahid Çin’ prinsipini qətiyyətlə dəstəkləyir”, – deyə Ceyhun Bayramov vurğulayıb.

naziri bildirib ki, status-kvonun təxribatlar, birtərəfli addımlar və ya xarici müdaxilə yolu ilə dəyişdirilməsinə yönələn cəhdlər bölgədə qarşıdurma riskini artırır və beynəlxalq münasibətlərdə etimadı sarsıdır.

C.Bayramovun sözlərinə görə, Azərbaycanın Tayvan məsələsində Çini dəstəkləməsi yalnız beynəlxalq hüquq normalarına deyil, eyni zamanda dövlətlərin suveren bərabərliyi prinsipinə, eləcə də Bakı ilə Pekin arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlığın əsasını təşkil edən qarşılıqlı etimada sadiqliyin göstəricisidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax