Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bayramov: Layihələrimiz qitələri birləşdirir

2 dəq
Paylaş:
Bayramov: Layihələrimiz qitələri birləşdirir

Müxtəlif regionlardakı sənaye zonaları arasında yeni əlaqələrin yaradılması, iqtisadi imkanların bərpası uzunmüddətli sülh və üçün şərait və imkanların formalaşdırılması deməkdir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu naziri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə deyib.

O bildirib ki, yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr yenidənqurma ərazilərini daha geniş regional və iqtisadi sistemlərə inteqrasiya edir. Bu investisiyalar mobilliyi, ticarəti, sərmayələri, turizmi və məşğulluğu təşviq edir, eyni zamanda, regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi gücləndirir. Bu baxımdan, onların təsiri Azərbaycanın sərhədlərindən xeyli kənara çıxaraq Asiya ilə Avropa arasında bağlantını gücləndirir və daha geniş regional iqtisadi artıma və əməkdaşlığa töhfə verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax