Bayram günlərində polis gücləndirilmiş iş rejimində işləyəcək

Bayram günlərində polis gücləndirilmiş iş rejimində işləyəcək
27.12.2023 12:36
Aa
dəq

Daxili İşlər Nazirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında əhalinin təhlükəsizliyinin təminatına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əməliyyat müşavirəsində asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhükəsizliklə bağlı qarşıda duran vəzifələri və tapşırıqları diqqətə çatdırıb.

Nazir bayram günlərində daxili işlər orqanlarının şəxsi heyətinin gücləndirilmiş rejimdə xidmət edəcəyini, əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsinin, naryad qruplarının fəaliyyətinin fasiləsizliyi, əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılmasının, hərəkətin intensiv olacağı küçə və prospektlərdə, magistral yollarda xidmətin nümunəvi təşkilinin vacibliyini diqqətə çatdırıb.

Əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar Prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri də müzakirə edilib.

Nazir V.Eyvazov seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verib.

Müşavirədə iştirak edən daxili işlər orqanlarının rəhbər heyətindən respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində fəaliyyət nəzarətdə saxlanılmaqla, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi tələb edilib.

Həftənin ən çox oxunanları

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib
DAVAMIN OXU davamın oxu

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Prezident bu şəxsləri təltif etdi - SİYAHI
DAVAMIN OXU davamın oxu

AZAL-ın prezidenti təyin edilib

AZAL-ın prezidenti təyin edilib
DAVAMIN OXU davamın oxu

Vətəndaşların dövlət qurumlarına etdiyi zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU

Vətəndaşların dövlət qurumlarına etdiyi zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU
DAVAMIN OXU davamın oxu

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir
DAVAMIN OXU davamın oxu