Əsas məzmuna keç

Bayram Beqay: "Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

Bayram Beqay: "Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

“ Cənubi Qafqazda etibarlı tərəfdaşlar və beynəlxalq təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün olunmasını dəstəkləyib və dəstəkləyəcək. Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

“Hətta Qərbi Balkan regionunda da dialoq vacibdir ki, biz bir-birimizə keçmişin kini deyil, gələcəyin imkanları baxımından yanaşaq. Mən Qərbi Balkanlarda regional sabitliyin zəruri element olması ilə bağlı əminliyimi ifadə etdim. Serbiya və Kosovo mübahisənin həlli və aralarında yeni əməkdaşlıq ruhunun yaradılması ilə bağlı danışıqlarında iştirak edən tərəflərdir. Tərəflərin öz aralarında və beynəlxalq forumlarda irəli sürdükləri arqumentlərə hörmət dayanıqlı sülhün bərqərar olması üçün istiqamətverici məqamlar olmalıdır”, - deyə Albaniya Prezidenti əlavə edib.

Bayram Beqay vurğulayıb ki, münaqişə əvəzinə firavanlıq ikitərəfli və regional tərəqqi üçün kompas olmalıdır, bu nə qədər tez baş versə, xalqlarımız ondan bəhrələnəcək.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…