Operativ Məlumat Mərkəzi

Bayden: "Netanyahunun Qəzzadakı hərəkətləri səhvdir"

1 dəq
Paylaş:
Bayden: "Netanyahunun Qəzzadakı hərəkətləri səhvdir"
Netanyahunu Qəzzadakı hərəkətlərinə görə tənqid edən Bayden, "mən onun etdiyinin səhv olduğunu düşünürəm. Onun yanaşması ilə razılaşmıram", - deyib....

Bayden ABŞ-da ispandilli "Univision" kanalına verdiyi müsahibədə Netanyahu hökumətinin Qəzzadakı münasibətini qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Netanyahunu Qəzzadakı hərəkətlərinə görə tənqid edən Bayden, "mən onun etdiyinin səhv olduğunu düşünürəm. Onun yanaşması ilə razılaşmıram", - deyib.

Bayden, İsraili Qəzzada dərhal atəşkəsin təmin edilməsi və humanitar yardımların əldə edilməsi üçün addımlar atmağa çağıraraq, "insanların (Qəzzada) tibbi və qida ehtiyaclarının qarşılanmaması üçün heç bir bəhanə yoxdur. Bunun dərhal edilməsi lazımdır", - deyə bildirib.

ABŞ prezidenti Bayden aprelin 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında “Qəzzada dərhal atəşkəs” və “İsraili bu məsələdə atəşkəs istiqamətində addımlar atmağa” çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər