Operativ Məlumat Mərkəzi

Bayden İsrailə səfər edəcək

1 dəq
Paylaş:
Bayden İsrailə səfər edəcək
bu barədə ABŞ Prezidenti “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Çərşənbə günü mən HƏMAS-ın amansız terror hücumu qarşısında həmrəy olmaq üçün İsrailə...

ABŞ Prezidenti Cozef Bayden İsrailə səfərinin əsas məqsədlərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Çərşənbə günü mən HƏMAS-ın amansız terror hücumu qarşısında həmrəy olmaq üçün İsrailə gedəcəyəm. Daha sonra kəskin humanitar ehtiyacları həll etmək, liderlərlə görüşmək və HƏMAS-ın fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmədiyini aydınlaşdırmaq üçün İordaniyaya gedəcəyəm”, - Bayden qeyd edib.

Daha əvvəl ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, Bayden oktyabrın 18-də İsrailə səfər edəcək.

Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər