AB ilə ABŞ münasibətlərinin gərginliyi Avropa ilə BRICS əməkdaşlığını gücləndirə bilər
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, Çinli tarixçi Jiang Xueqin politoloq Glenn Diesenin “YouTube” kanalındakı “Böyük Avrasiya” podkastında ABŞ-nin beynəlxalq siyasətdəki mövqeyi və onun nəticələrini müzakirə edib.
Jiang Xueqin bildirib ki, ABŞ artıq “konsensusa yönəlmiş” deyil və “çoxqütblülüyə əhəmiyyət vermir”. Buna görə də, onun fikrincə, “orta güclər” yaşamaq istəyirlərsə, “təbiətən qaydalara əsaslanan bir nizam yaratmalıdırlar”.
Tarixçi əlavə edib ki, Çin “əsasən çoxqütblülüyə” və qarşılıqlı faydalı əməkdaşlığa yönəlib.
O vurğulayıb ki, bu yanaşma Avropa ilə BRICS arasında əməkdaşlığın əsasını təşkil edə bilər:
“BRICS və bu birliyin ideyası hər kəsin bərabər olduğu və dominant qüvvənin olmadığı qarşılıqlı faydalı əməkdaşlıqdır”.