Baş Prokurorluq silahların könüllü təhvil verilməsi üçün yenidən vətəndaşlara müraciət edib

Baş Prokurorluq silahların könüllü təhvil verilməsi üçün yenidən vətəndaşlara müraciət edib
14.11.2023 16:02
Aa
dəq

Baş Prokurorluq silah-sursatın könüllü təhvil verilməsi üçün yenidən vətəndaşlara müraciət edib.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, cinayət qanunvericiliyinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna hesab edilir).

Bu əməllər 320 saatdan 400 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Odur ki, vətəndaşları onlarda olan qanunsuz silahları təhvil verməyə çağırırıq.

Qeyd edək ki, soyuq silaha birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları, sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar - beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir.

Qaz silahı dedikdə isə gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuş silah başa düşülür.

Bundan başqa, gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahıdır.

Həftənin ən çox oxunanları

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır
DAVAMIN OXU davamın oxu

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir
DAVAMIN OXU davamın oxu

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
DAVAMIN OXU davamın oxu

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
DAVAMIN OXU davamın oxu