Baş Prokurorluq kütləvi məzarlıqlarda beynəlxalq qanunvericiliyin hansı tələblərinin pozulduğunu açıqlayıb

Baş Prokurorluq kütləvi məzarlıqlarda beynəlxalq qanunvericiliyin hansı tələblərinin pozulduğunu açıqlayıb
30.04.2024 12:48
Aa
dəq

Kütləvi məzarlıqlarda "Hərbi əsirlərlə rəftara dair", "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" və "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" konvensiyaların müddəalarının kobud surətdə pozulduğu müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı konvensiyanın tələblərinə əsasən münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub:

"Cenevrə Konvensiyasına əsasən, münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazimi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər. Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyənləşib".

Həftənin ən çox oxunanları

Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı açıqlanıb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar
DAVAMIN OXU davamın oxu

Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb
DAVAMIN OXU davamın oxu

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
DAVAMIN OXU davamın oxu

Ötən il 91 nəfər sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilib

Ötən il 91 nəfər sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilib
DAVAMIN OXU davamın oxu