Əsas məzmuna keç

Baş Prokurorluğun böyük prokurorunun qulluq keçməsinə xitam verilib

Baş Prokurorluğun böyük prokurorunun qulluq keçməsinə xitam verilib

Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Baş Prokurorluğun Daxili işlər orqanlarının , və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fərrux Babayevin keçməsinə xitam verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kamran Əliyevin rəhbərliyi ilə Prokurorluğunun veteranlarının yubileyləri ilə əlaqədar tədbir keçirilib.

Yubilyar veteranlar - İsmayıl Kazımov 75 və Sultan Əliyev isə 85 yaşının tamam olması münasibətilə Baş prokurorun imzaladığı əmrlə “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycanın yubiley medalı ilə təltif edilib.

Tədbirdə iştirak edən İsmayıl Kazımova Baş prokuror tərəfindən yubiley medal və hədiyyə təqdim olunub.

İsmayıl Kazımov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.

Bundan başqa, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fərrux Babayev qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilərək fəxri fərmanla təltif olunub.

Görüşlərdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…