Əsas məzmuna keç

Baş prokuror İraq Ali Məhkəməsinin sədri ilə görüşüb

Baş prokuror İraq Ali Məhkəməsinin sədri ilə görüşüb

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İyulun 15-də Kamran Azərbaycanda işgüzar səfərdə olan İraq Respublikasının Ali Məhkəməsinin sədri Munder İbrahim Hüseynin rəhbərlik etdiyi ilə görüşüb.

Baş Prokurorluqdan"Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Baş prokuror, Munder İbrahim Hüseyni İraq Ali Federal Məhkəməsinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Baş prokuror ölkəmizin prokurorluq orqanlarında həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edərək, müasir dövrdə prokurorluğun cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizədə rolunu, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb və ölkələrarası təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İraqla mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, təşkilata üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin 2026-cı ildə ölkəmizdə keçiriləcək üçüncü konfransına dair nümayəndə heyətini məlumatlandırıb.

Baş prokuror, həmçinin İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri, Dövlət Prokurorluğunun sədri və Federal Dürüstlük Komitəsinin sədri ilə baş tutmuş ikitərəfli görüşü xatırladaraq, İraqla əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən Munder İbrahim Hüseyn iki ölkə arasında tarixi dostluq münasibətlərinə toxunaraq xalqlarımız arasında ortaq mədəni və dini köklərin, qədim tarixə əsaslanan sıx əlaqələrin mövcudluğunu qeyd edib.

Bundan başqa, Sədr hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı və səmərəli əməkdaşlığın vacibliyini diqqətə çatdırıb və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, əlaqələrin möhkəmləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.

Görüşdə, həmçinin İraq Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Ban Əli Kazım Əl-Həkim iştirak edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…