Baş nazir: “Ötən il işğaldan azad edilmiş ərazilərdə 24 yaşayış məntəqəsinə qaz xətti çəkilib”

Baş nazir: “Ötən il işğaldan azad edilmiş ərazilərdə 24 yaşayış məntəqəsinə qaz xətti çəkilib”
15.03.2024 11:45
Aa
dəq

2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 24 yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsi həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazir xatırladıb ki, bu ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir: “Elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya “Azərenerji” tərəfindən istismar edilməkdədir”.

Hökumət başçısı əlavə edib ki, işğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası yenidən qurulub, tikilib və yaxud bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu