“Barselona”nın qış transfer pəncərəsində heyətin gücləndirilməsi üçün istifadə edə biləcəyi məbləğ məlum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, maliyyə feyr-pley qaydaları Kataloniya klubuna yanvarda təxminən 60 milyon avro xərcləməyə imkan verir.
Bununla belə, “Barselona”nın bu vəsaiti yeni futbolçuların transferinə yönəltməyə tələsmədiyi bildirilir.
La Liqanın xüsusi qaydasına əsasən, klub həmin məbləği maaş fondunun artırılmasına da sərf edə bilər. “Barselona”nın bir neçə ildir bu sahədə çətinlik yaşadığı qeyd olunur.
Məlumata görə, baş məşqçi Hans-Diter Flik yayda yeni mərkəz müdafiəçisi istəyib, lakin bu transfer baş tutmayıb. Yanvar ayında klubun idman direktoru Dekunun bu məsələ ilə yenidən məşğul olacağı istisna edilmir.
“Barselona” İspaniya çempionatında dörd turdan sonra 12 xalla turnir cədvəlinə başçılıq edir.