İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kataloniya təmsilçisi Misir millisinin üzvü, 18 yaşlı hücumçu Həmzə Abdelkarimi daimi əsaslarla transfer edib.
Məlumata görə, klub futbolçunun keçidini həyata keçirmək üçün onun Qahirənin “Əl-Əhli” klubu ilə müqaviləsində nəzərdə tutulan sərbəstqalma bəndini aktivləşdirib. Qeyri-rəsmi məlumatlara əsasən, transferin dəyəri 1,5 milyon avro təşkil edib.
Bildirilib ki, tərəflər arasında imzalanan müqavilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq.
Qeyd olunub ki, Həmzə Abdelkarim cari ilin qış transfer pəncərəsində icarə əsasında “Barselona”ya qoşulmuşdu. Fevral ayından etibarən klubun gənclər komandasında çıxış edən futbolçu 9 oyunda 6 qol vuraraq diqqət çəkib.