"Barselona" İspaniyada bu mövsüm səfərdə məğlub olmayan yeganə klubdur

"Barselona" İspaniyada bu mövsüm səfərdə məğlub olmayan yeganə klubdur
20.02.2024 12:19
Aa
dəq

İspaniya çempionatında o qədər də uğurlu çıxış etməməsinə baxmayaraq, ölkənin hazırkı çempionu “Barselona” hələ də bu mövsüm heç bir səfər matçında uduzmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İspaniya mətbuatına istinadən xəbər verir ki, turnir cədvəlində “Barselona”nı qabaqlayan “Real” və “Jirona” bu parametrdə ondan geri qalır.

Primeranın növbəti turunda "Barselona" öz meydanında "Xetafe" ilə qarşılaşacaq.

Həftənin ən çox oxunanları