Operativ Məlumat Mərkəzi

“Barselona” 17 yaşlı hücumçunu istəyir

1 dəq
Paylaş:
“Barselona” 17 yaşlı hücumçunu istəyir
Kataloniya təmsilçisi Serbiyanın “Partizan” komandasında çıxış edən Matiya Popoviçlə yaxından maraqlanır. 17 yaşlı istedadlı forvardın yanvarda azad...

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kataloniya təmsilçisi Serbiyanın “Partizan” komandasında çıxış edən Matiya Popoviçlə yaxından maraqlanır.

17 yaşlı istedadlı forvardın yanvarda azad agent olacağı gözlənilir. “Partizan” müqavilənin müddətini uzatmaq istədə də, futbolçunun ailəsi ilə danışıqlar nəticəsiz qalıb.

Qeyd edək ki, “The Guardian” nəşri Matiya Popoviçi 2006-ci il təvəllüdlü 60 ən yaxşı futbolçu siyahısına daxil edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər