Əsas məzmuna keç

“Barselona”nın qış transfer büdcəsi açıqlanıb

“Barselona”nın qış transfer büdcəsi açıqlanıb

La Liqa klubu maliyyə feyr-pley qaydalarına əsasən yanvar ayında transferlərə təxminən 60 milyon avro xərcləyə bilər.

ru en

”nın qış pəncərəsində heyətin gücləndirilməsi üçün istifadə edə biləcəyi məbləğ məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, maliyyə feyr-pley qaydaları Kataloniya klubuna yanvarda xərcləməyə imkan verir.

Bununla belə, “Barselona”nın bu vəsaiti yeni futbolçuların transferinə yönəltməyə tələsmədiyi bildirilir.

La Liqanın xüsusi qaydasına əsasən, klub həmin məbləği maaş fondunun artırılmasına da sərf edə bilər. “Barselona”nın bir neçə ildir bu sahədə çətinlik yaşadığı qeyd olunur.

Məlumata görə, baş məşqçi yayda yeni mərkəz müdafiəçisi istəyib, lakin bu transfer baş tutmayıb. Yanvar ayında klubun idman direktoru Dekunun bu məsələ ilə yenidən məşğul olacağı istisna edilmir.

“Barselona” İspaniya çempionatında dörd turdan sonra 12 xalla turnir cədvəlinə başçılıq edir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…