Əsas məzmuna keç

Bank kartları ilə bağlı problem davam edir - AÇIQLAMA

Bank kartları ilə bağlı problem davam edir - AÇIQLAMA

məsələ ilə bağlı “Azərikard” açıqlama yayıb: “Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS-terminallarından və mobil...

Bir neçə saatdır bəzi banklara məxsus əməliyyatlarında problem yaranıb. Müştərilər bildirir ki, kartlar işləmir, heç bir əməliyyat həyata keçirmək mümkün deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məsələ ilə bağlı “Azərikard” açıqlama yayıb:

“Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS-terminallarından və mobil tətbiqlərindən istifadə zamanı məhdudiyyətlər yaranıb.

Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq” , - deyə, məlumatda qeyd olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…