Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Maradonanın "Tanrının əli" qolu zamanı istifadə olunan top 3,3 milyon dollara satıldı

1 dəq
Paylaş:
Maradonanın "Tanrının əli" qolu zamanı istifadə olunan top 3,3 milyon dollara satıldı

Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında vurduğu məşhur “” qolunda istifadə olunan top 3,3 milyon dollara satılıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ-nin “Heritage Auctions” evində keçirilən satışda “Adidas Azteca” markalı top alıcıya 3,3 milyon dollara başa gəlib.

Topu həmin oyunun baş hakimi, tunisli Əli Bin Nasser matçdan sonra saxlayıb və 30 ildən çox müddətdə qoruyub. O, 2023-cü ildə rəsmi sənədlə topun məhz və İngiltərə arasında keçirilən qarşılaşmada istifadə olunan top olduğunu təsdiqləyib.

Top ilk dəfə 2022-ci ildə 2,37 milyon dollara satılıb. Lakin növbəti il satışa çıxarılsa da, gözlənilən minimum qiymətə təklif gəlmədiyi üçün hərrac baş tutmayıb.

Xatırladaq ki, həmin oyunda Argentina millisinin 2:1 hesablı qələbəsində hər iki qolu vurub. İlk qol “Tanrının əli”, ikinci qol isə “əsrin qolu” adı ilə tarixinə düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə