Operativ Məlumat Mərkəzi

“Bakubus”a daha bir marşrut xətti verilib

1 dəq
Paylaş:
“Bakubus”a daha bir marşrut xətti verilib
bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib. "Bununla da qəsəbənin 50 000 nəfərə yaxın sakininin ictimai nəqliyyata əlçatanlığı təmin...

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin sakinlərinə “Bakubus” MMC-yə məxsus avtobuslar xidmət göstərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib.

"Bununla da qəsəbənin 50 000 nəfərə yaxın sakininin ictimai nəqliyyata əlçatanlığı təmin ediləcək. 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilərək "Sahil" metro stansiyasından Sahil qəsəbəsinə müəyyən edilib", - deyə o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər