Operativ Məlumat Mərkəzi

Bakı-Astara dəmir yolu 2028-ci ilə qədər modernizasiya olunacaq

2 dəq
Paylaş:
Bakı-Astara dəmir yolu 2028-ci ilə qədər modernizasiya olunacaq

Bakı-Astara dəmir yolu xəttində modernizasiya işlərinin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə Bakı və ətraf bölgələrdə infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müavini Rəhman açıqlama verib.

R.Hümmətov bildirib ki, modernizasiya başa çatdıqdan sonra həmin istiqamətdə sərnişin daşımaları həyata keçiriləcək. Nazir müavini əlavə edib ki, Astara istiqamətində bəzi yolların vəziyyəti əlavə təmir işlərini tələb edir:

“Ötən ilin sonunda ilə imzalanmış saziş çərçivəsində '-Cənub' nəqliyyat dəhlizinin inkişafı və mövcud xəttin modernizasiyası nəzərdə tutulub. Biz işlər tamamlanmadan və tam təmin edilmədən sərnişin daşımalarının başlanmasının tərəfdarı deyilik. Lakin 2028-ci ilə qədər xəttin modernizasiyasını yekunlaşdırmağı planlaşdırırıq və həmin vaxtdan etibarən sərnişin qatarlarının hərəkəti mümkün olacaq. Hazırda yeganə məhdudiyyət yolun cari vəziyyətidir və təhlükəsizlik baxımından modernizasiya başa çatmadan sərnişin qatarlarını buraxmaq düzgün deyil”.

Modernizasiya işləri Bakı-Astara istiqamətində nəqliyyatın təhlükəsiz və rahat şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq, həmçinin “Şimal-Cənub” dəhlizinin əhəmiyyətini artıracaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax