Əsas məzmuna keç

Bakının Fəvvarələr meydanındakı qanunsuz tikinti işlərinin qarşısı alınıb

Bakının Fəvvarələr meydanındakı qanunsuz tikinti işlərinin qarşısı alınıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Şəhər və Şəhərsalma Baş İdarəsi paytaxtın rayonu, Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığını müəyyən edərək onu dərhal dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Baş İdarəyə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinı və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edib.

Hazırda tam dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…