Əsas məzmuna keç

Bakıda yaşayış binasında yanğın olub - 30.11.2023

Bakıda yaşayış binasında yanğın olub - 30.11.2023

Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə şəhərinin Binəqədi rayonu, Mir küçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #bakı#fhn#cəlal
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…