Operativ Məlumat Mərkəzi

Bakıda yaşayış binası yanır-YENİLƏNİB

2 dəq
Paylaş:
Bakıda yaşayış binası yanır-YENİLƏNİB
Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən...

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

15:25***

Bakıda yaşayış binası yanır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər