Əsas məzmuna keç

Bakıda yağışın fəsadları aradan qaldırılır: BŞİH-dən açıqlama

Bakıda yağışın fəsadları aradan qaldırılır: BŞİH-dən açıqlama

Bakıda leysan sularının yaratdığı çətinliklər nəzarətə götürülüb. Ayaz Hüseynovun göstərişi ilə Dövlət Su Ehtiyatları Agentliyi paytaxtda operativ tədbirlər görür.

en ru

Martın 27-si saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəzi ərazilərdə ikinci gündür aramsız yağan nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Bununla əlaqədar Şəhər İcra Hakimiyyəti başçısının müavini Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmiş monitorinq qrupları tərəfindən problemli ərazilər müəyyən edilir və Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.

Hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…