Əsas məzmuna keç

Bakıda yağış, bölgələrdə qar yağır

Bakıda yağış, bölgələrdə qar yağır

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir: Bakı və bölgələrdə yağıntı, Şahdağ və Qubada qar var. Görünüş məsafəsi kəskin azalıb. Rayonlarda son vəziyyət:

en ru

Milli Hidrometeorologiya Xidməti tərəfindən fevralın 24-ü saat 17:00-a olan faktiki açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunur.

Hazırda Bakıda və yarımadasında yağış yağır. Eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu, Qax (Sarıbaş), Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Tərtər, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran və Astarada da qeydə alınıb.

Dağlıq və dağətəyi rayonlarda isə hava qarlıdır. Xüsusilə Daşkəsən, Gədəbəy, Şahbuz, , Xınalıq, Quba, Qusar və Şəkiyə qar yağır.

Hava şəraiti ilə əlaqədar yollarda görmə məhdudiyyəti yaranıb. Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunur. məsafəsi 200-500 metrədək məhdudlaşır.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…