Əsas məzmuna keç

Bakıda yağıntılı hava şəraiti davam edir, rayonlarda 6 dərəcəyədək şaxta var - FAKTİKİ HAVA

Bakıda yağıntılı hava şəraiti davam edir, rayonlarda 6 dərəcəyədək şaxta var - FAKTİKİ HAVA

Bu gün saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər bölgələrində yağıntılı davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, düşən yağıntının miqdarı Astarada 31, Lənkəranda 29, Şəkidə 7, Oğuzda 6, Lerik və Qəbələdə 5, Cəlilabadda 4, Balakəndə 3, Göygöl, İmişli, Biləsuvar, Kürdəmir, Zərdab və Göyçayda 2, Zaqatala, Sabirabad, , Neftçala, Beyləqan, Tərtər, , Mingəçevir, Yevlax, , Quba, Qusar, Xaltan, Sədərək, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdamda eyni zamanda Bakıda və yarımadasında 1 mm-dir.

Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Şahdağ və Qrızda 1 sm təşkil edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Qobustan, Göyçay, Şamaxı, Qusar, Qrız, Cəfərxan və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Naxçıvan MR-da 6, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək şaxta qeydə alınıb.

Hava proqnozu

22° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 22° 18° yağış 41%
  2. Sabah Yüngül leysan 18° 16° yağış 86%
  3. Birigün Arabir yağış 17° 15° yağış 66%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…