Əsas məzmuna keç

Bakıda velosiped yolu salınır - FOTO

Bakıda velosiped yolu salınır - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda velosiped yollarının salınması istiqamətində...

Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AYNA-dan bildirilib.

Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa küçəsi, Bülbül prospekti, Fikrət küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

Artıq müvafiq nişanlanma işlərinə başlanılıb. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.

AYNA hərəkət iştirakçılarına qaydalara riayət etməyə və sürücülərə velosiped yollarına daxil olmamağa çağırış edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…