Operativ Məlumat Mərkəzi

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib

1 dəq
Paylaş:
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə yanvarın 6-sı günün birinci yarısında küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Füzuli, İmişli, Saatlı, Sabirabad, Salyan, Beyləqan, Ağcabədi, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Daşkəsən, Gəncə, Göygöl, Samux, Şəmkir, Mingəçevir, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Neftçala, Hacıqabul, Şəki, Zaqatala, Qax, Qobustan, Şabran, Xaçmaz, Siyəzən, Qusar, Xızıda şimal-qərb küləyi əsəcək. Bu da sarı xəbərdarlığa uyğundur. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər