Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
17.09.2024 21:35
Aa
dəq

Son günlər paytaxtda tıxaclar müşahidə olunur. Sakinlər, sürücülər bu haldan olduqca narazıdırlar. Pik saatlarda şəhərin iflic vəziyyətdə olması bir çox suallar doğurur. Bəs tıxacın yaranmasının səbəbləri nələrdir? Bunun qarşısı necə alına bilər?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-in suallarını cavablandıran nəqliyyat ekspertu Rauf Ağamirzəyev bildirib ki, bunlardan biri kimi beynəlxalq tədbirin keçirilməsi və tədbirlərlə əlaqəli əsaslı təmir işlərin görülməsidir. Bir küçə bağlanırsa, axınlar digər küçəyə yönəlir. Bu da şəhərin mərkəzindən avtobusların 30 dəqiqəyə qədər gecikmələrinə gətirib çıxarır. Ancaq bu dəyişən prosesdir, yəni yollar açıldıqca bu məsələ də öz həllini tapır.

Digər məsələ ondan ibarətdir ki, ümumi son illərin səfər təşkilində daha çox kütləvi avtomobilləşmə müşahidə edilir. İnsanlar səfərlərini fərdi nəqliyyatdan və taksi ilə təşkil edir ki, bunun da yan fəsadı olaraq daha çox avtomobilin küçə-yol şəbəkəsinə çıxması və sıxlığın yaranmasına, həmçinin tıxacın daha uzunmüddətli olmasına gətirib çıxarır.

Ekspert qeyd edib ki, bunu aradan qaldırmaq üçün silsilə tədbirlər görülür. İlkin olaraq axının önünü açılması təmin olunmalıdır. Bunun üçün də ictimai nəqliyyatın üstünlüyünü təmin edən avtobus zolağı şəbəkəsi yaradılır, şəbəkələşdirilir. Buna əməl etməyənlərə cərimə müəyyən olunub. Sonradan çəkindirici alət olaraq saatlıq parkinq işə düşüb. Digər məsələ odur ki, bu günə kimi olmayan qısaməsafəli həllər silsiləsinə velosiped zolağı çəkilir. Qismən piyada infrastrukturu abadlaşıb.

R.Ağamirzəyev düşünür ki, bu məsələyə daha çox diqqət ayırmalıyıq. Çünki şəhərdə piyada hərəkəti məhduddur. Piyada səkiləri davamlı deyil, yekun nəticə olaraq, bu növ hərəkətdə hərəkət məhdudlaşıb və insanlar yolun hərəkət hissəsi ilə hərəkət edir, ya da ümumiyyətlə hərəkət edə bilmir. Bu problemləri aradan qaldırdıqca eyni küçə ilə fərqli hərəkətin təşkili təmin olunur.

Bundan əlavə, nəqliyyat eksperti hesab edir ki, orta və uzaq perespektivdə biz hökmən relsli nəqliyyatı inkişaf etdirməliyik. Yəni, metro şəbəkəsinin genişləndirilməsi və mövcud şəbəkənin bərpası yönündə Suraxanı, Binə, Qala, Maştağa bağları, Hövsan istiqamətində yolun təmiri və qatar sayının artırılmasına ehtiyac var.

“Şəhərin daxilində də sərnişin axınının parçalanmasından ötrü Dərnəgül, Keşlə, Heydər Əliyev prospekti, Nərimanov və Böyükşor stansiyaları qurulmalıdır ki, axın parçalansın. Yəni, avtobus da əlaqələndirici funksiyanı daşısın. Avtobus metro stansiyasına, dəmiryol stansiyasına insanları daşısın və əsas yükü məhz yerüstü nəqliyyat daşımaqla ümumi yükü azaltsın.

Digər həmsöhbətimiz nəqliyyat üzrə ekspert Aslan Əsədov deyir ki, bugünkü gündə tıxaclar elə bir həddə çatıb ki, bu qarşısıalınmaz görünür, ancaq əslində belə deyil. Böyük meqapolislərin özünəməxsus problemləri olur. Əsas da yol infrastruktrunda bu problemlər üzə çıxır və aşkarlanır. Bu gün də nəqliyyat infrastrukturunda başlıca məsələlərdən biri daşınma ilə bağlıdır.

“Məsələn, hər hansısa bir vətəndaş onun yolda olma müddətindən asılı olaraq yol hərəkətinin təşkilinə necə yanaşmasından asılıdır. Yəni, hər bir şəxs istər piyada, istər nəqliyyat vasitəsindən istifadə etsin bir uzaq və yaxın məsafəyə gedərsə, bu zaman onun əsas vaxt itkisinə səbəb olacaq faktorları araşdırması, hansı maneələrin olduğunu bilməsi mütləqdir. Onu gözləyəcək addımları qarşılamalıdır. Bu kimi məsələlər var ki, əsas mahiyyət ondan ibarətdir”,- deyə ekspert qeyd edib.

Bu addımların effektiv olmamasının başlıca səbəbi, axınların idarə edilməməsinə yönəlik atılan addımlar olduğunu bildirən ekspert, hər hansısa bir yerə hərəkət edən zaman nəqliyyat vasitələri ümumi axına nəzərən təsbit edilməli olduğunu qeyd edib.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu