Əsas məzmuna keç

Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırılıb

Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırılıb

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fövqəladə Hallar Nazirliyi () Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə şəhəri, Yasamal rayonu, Moskva prospekti 8, bina 33 ünvanında yerləşən “Main” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə olunması barədə vətəndaş tərəfindən müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Main” MTK qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MTK-nın rəhbərliyinə izah olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #fhn#istismar#main
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…