Əsas məzmuna keç

Bakıda şam ağacları kəsilib

Bakıda şam ağacları kəsilib

Bakıda tikinti şirkəti tərəfindən şam ağaclarının kəsildiyi müəyyən edilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Bakıda tikinti şirkəti tərəfindən şam ağaclarının kəsildiyi müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Nəsimi rayonu, Moskva prospektində ağacların kəsilməsi ilə bağlı Xidmətə daxil olan qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə aparan "Ay İnşaat" MMC tərəfindən iki şam ağacının kəsildiyi müəyyən olunub.

"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır", - o deyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…