Operativ Məlumat Mərkəzi

Bakıda oyun zalında yanğın olub, xəsarət alan var

1 dəq
Paylaş:
Bakıda oyun zalında yanğın olub, xəsarət alan var
Bakının Nərimanov rayonunda oyun zalında yanğın olub, xəsarət alan var. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Halllar Nazirliyindən (FHN)...

Bakının Nərimanov rayonunda oyun zalında yanğın olub, xəsarət alan var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Halllar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər