Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və mənzildən 86.500 manat pul, 1500 manat dəyərində qızıl üzük və 3000 manat dəyərində mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sahib Xudaverdiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.