Bakıda kütləvi davada 2 nəfər bıçaqlanıb

Bakıda kütləvi davada 2 nəfər bıçaqlanıb
12.06.2023 10:03
Aa
dəq

Daxili İşlər Nazirliyi Bakıda bıçaqlanma hadisəsinə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, hadisə iyunun 11-də Nərimanov rayonu ərazisindəki məhəllələrin birində baş verib.

“Belə ki, 2002-ci il təvəllüdlü Zeynal Turabov tanışı Röyal İsrəfilova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Hadisə ilə bağlı rayon polis idarəsində araşdırma aparılır. Hər iki tərəfin izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”, - o deyib.

02:09***

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.

2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu