Əsas məzmuna keç

Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb - VİDEO

Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb - VİDEO

daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı Əvəz Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkotik...

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı Əvəz Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkotik vasitələri Füzuli rayonu ərazisindən şəhərinə gətirmək üçün əldə etdiyi müəyyən edilib və o, Sabunçu rayonu ərazisində saxlanılıb.

Onun narkotiklərin dövriyyəsində istifadə etdiyi avtomobildən 18 kq 500 tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri nəticəsində digər narkokuryer Müslüm Yaqubov isə Xəzər rayonu ərazisində saxlanılıb. Onun kirayə yaşadığı evdən 7 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana və 1 kq 150 qram metamfetamin aşkarlanıb.

Sonuncu əməliyyat zamanı 27 kq-dan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı başlanılıb və həmin narkokuryerlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…